Modern.az

Ali məktəblərdə təhsil haqqını müəyyən edən QURUMLAR

Ali məktəblərdə təhsil haqqını müəyyən edən QURUMLAR

Təhsil

29 Oktyabr 2021, 15:10

Dövlət və özəl ali təhsil müəssiəsiələrində təhsil haqqını müəyyən edən qurumlar açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Ali Təhsil Haqqında” Qanun layihəsində nəzərdə tutulub. Layihəyə əsasən, dövlət büdcəsindən maliyyələşən ali təhsil müəssisəsində təhsil haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Özəl ali təhsil müəssisəsində isə təhsil haqqı ali təhsil müəssisəsi ilə tələbələr, hüquqi və ya fiziki şəxslər arasında bağlanan müqavilə ilə müəyyən edilir və ödənilir.

 

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsi yanında “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupunun tərəfindən hazırlanıb. Sənədin işçi qrupun noyabrın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacağı gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı