Modern.az

Deputatlar Zəfər Günü ilə bağlı SƏFƏRƏ çıxır

Deputatlar Zəfər Günü ilə bağlı SƏFƏRƏ çıxır

29 Oktyabr 2021, 15:36

8 Noyabr Zəfər Günü münasibətilə Milli Məclisin deputatları Avropa ölkələrində silsilə tədbirlərdə iştirak edəcək.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, Milli Məclisin bir qrup deputatının Macarıstan, Hollandiya, İspaniya, Fransaya səfərləri gözlənilir.

 

Deputatlar ayrı-ayrılıqda Macarıstan, Hollandiya, İspaniya, Fransa kimi ölkələrdə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri ilə birgə 44 günlük Vətən müharibəsinin Zəfərini qeyd edəcəklər.

 

Parlamentarilərin xarici ölkələrdəki tədbirlərinə noyabrın 2-dən start veriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi