Modern.az

Bakı informasiya müharibəsində İrəvanı tam MƏĞLUB EDİB

Bakı informasiya müharibəsində İrəvanı tam MƏĞLUB EDİB

29 Oktyabr 2021, 18:00

Azərbaycan İkinci Qarabağ Müharibəsinin informasiya cəbhəsində tam qələbə qazandı.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın “Vətən Arsenalı” jurnalının baş redaktoru Viktor Muraxovski bildirib.

Onun fikrincə, Azərbaycan tərəfi cəbhə xəttində baş verənlər barədə daha dolğun və düşünülmüş informasiya siyasəti aparıb.

 

“Azərbaycan tam və şübhəsiz qələbə qazanıb. Düşünülmüş informasiya siyasəti, dəqiq düzülmüş videoçarxlar və mətnlər, o cümlədən, ölkə başçısı və xanımının ön xəttə gəlməsi, dünya mediasına pilotsuz uçuş aparatlarından çəkilən görüntülər, artilleriyanın və raket qüvvələrinin işi düzgün təqdim olunmuşdu”.

 

Ekspertin fikrincə, mülki obyektlərə Ermənistan tərəfinin endirdiyi məqsədyönlü zərbələrin fəsadlarını da Azərbaycan çoxsaylı canlı yayımlar, jurnalist və diplomatların əraziyə gətirilməsi ilə tam dolğun nümayiş etdirə bilib.

 

Viktor Muraxovski Ermənistan tərəfinin müharibənin gedişində apardığı informasiya siyasətini zəif və xaotik adlandırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir