Modern.az

Bu qanun Komitə iclasında müzakirəyə çıxarılır

Bu qanun Komitə iclasında müzakirəyə çıxarılır

Parlament

30 Oktyabr 2021, 13:43

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin noyabrın 1-də keçiriləcək iclasında “İcra haqqında qanuna” dəyişiklik edilməsi məsələsi müzakirə ediləcək.

 

Modern.az xəbər verir ki, qanunun 53.2-ci maddəsinə təklif edilir ki, dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlak vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər. Qanunun 61-ci maddəsi üzrə “borclunun” sözü, “vergi borcuna görə siyahıya alınmış əmlak istisna olunmaqla, borclunun” sözləri ilə əvəz edilir.

 

Qeyd edək ki, layihə kölgə iqtisadiyyatının aradan qaldırılması üzrə mübarizənin gücləndirilməsi məqsədilə hazırlanıb. Qanun qəbul edildikdən sonra 2022-ci ilin yanvarın 1-də qüvvəyə minəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü