Modern.az

Mətbuat katibi “Tərəqqi” medalı ilə təltif olundu

Mətbuat katibi “Tərəqqi” medalı ilə təltif olundu

Media

30 Oktyabr 2021, 19:53

Azərbaycan Prezidenti İlham Əliyev ölkədə kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, sərəncamla "Tərəqqi" medalına layiq görülənlər arasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov da var.


V.Hüseynov bildirib ki,  Prezidentin imzası ilə təltif olunmaq həm onun işinə verilən qiymət, həm də üzərinə qoyulan məsuliyyətdir:

“Kənd təsərrüfatı işçilərinin peşə bayramı ərəfəsində göstərilən bu etimad məsuliyyətimizi ikiqat artırır. Cənab Prezident uzun müddətdir birgə yol gəldiyimiz dəyərli fermerlərimizi, nazirliyimizin əməkdaşlarını, dəyərli həmkarlarımızı təltif etməklə aqrar sektorda çalışan bütün insanlara böyük etimadını nümayiş etdirdi. Bu etimada görə təşəkkür edir, göstərilən etimadı doğrultmağa söz veririk.
Mənə etimad göstərən Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyinə, xüsusilə nazir İnam Kərimova, sevincimi bölüşən kollektivimizin dəyərli üzvlərinə xüsusi təşəkkürümü bildirirəm”.

Vüqar Hüseynov 1997-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib.

“Vətəndaş”, “Rezonans”, “Vətəndaş Həmrəyliyi”, “Millət”, “Mərkəz”, “Xalq Cəbhəsi” qəzetlərində müxbir, şöbə müdiri, redaktor vəzifələrində işləyib.

2004-cü ildən “Azəri-Press” İnformasiya Agentliyində baş redaktor kimi çalışıb.

2013-2018-ci illərdə APA TV-nin baş direktoru vəzifəsində işləyib.

2018-ci il iyulun 5-dən Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri vəzifəsində çalışır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?