Modern.az

Qənirə Paşayeva Qaraqalpaqıstanda Hüseyn Cavid mərkəzinin açılışında 

Qənirə Paşayeva Qaraqalpaqıstanda Hüseyn Cavid mərkəzinin açılışında 

Parlament

31 Oktyabr 2021, 00:09

Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Qaraqalpaqıstanın nüfuzlu ali təhsil ocağı olan Acıniyaz adına Nukus Dövlət Pedaqoji İnstitutunda Hüseyn Cavid adına Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzinin açılışında iştirak edib.

 

Modern.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə yaradılan ocağın açılışında Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, AMM-in direktoru Samir Abbasov, Bakıdan və Daşkənddən gələn qonaqlar, institutun professor-müəllim heyəti, jurnalistlər iştirak edib.

 

Açılışın rəmzi qırmızı lentini Qənirə Paşayeva, Samir Abbasov və institutun rektoru professor Bayrambəy Atemuratov kəsiblər.

 

İnstitutun rektoru qonaqları salamlayıb, mərkəzin yaradılması üçün AMM-ə təşəkkürünü bildirib. Rektor vurğulayıb ki, Azərbaycan ədəbiyyatının və mədəniyyətinin öyrənilməsi istiqamətində bu mədəniyyət ocağının böyük rolu olacaq.

 

Qənirə Paşayeva Qaraqalpaq ədəbiyyatının klassiki Berdakın vətənində Azərbaycan Ədəbiyyatı və Mədəniyyəti Ocağının açılmasını böyük hadisə adlandırıb. Komitə sədri Azərbaycanla Özbəkistan arasındakı tarixi dostluq və qardaşlıq əlaqələrindən danışıb, əməkdaşlığın daha da dərinləşməsi istiqamətində dövlət başçılarımız İlham Əliyevlə Şavkat Mirziyoyevin böyük xidmətləri olduğunu minnətdarlıqla vurğulayıb. Türk dövlət və topluluqları arasında əməkdaşlığın daha da gücləndirilməsindən danışan Komitə sədri, əmin olduğunu bildirib ki, bundan sonra Azərbaycan və Özbəkistanın regionları, o cümlədən Qaraqalpaqstan arasında əməkdaşlığın inkişafı daha da dərinləşəcək.

 

Yazıçı və şairlərimizin dostluğu haqqında söhbət açan Q.Paşayeva, Səməd Vurğunla Qafur Qulamın dostluğunun bir örnək olduğunu vurğulayıb.

 

Qənirə Paşayeva deyib ki, “Özbəkistan Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad etmək üçün başladığı 44 günlük Vətən Müharibəsində ölkəmizin haqq işini müdafiə edib. Bu dostluq və qardaşlıq örnəyinə görə o Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və özbək xalqına minnətdarıq.

 

Dövlət başçılarımızın görüşləri, qardaşlıq və dostluqları iki ölkə arasında əməkdaşlıqda yeni imkanlar açır və qarşıya yeni hədəflər qoyur.

Qaraqalpaqstanda ilk layihə olaraq Hüseyn Cavid adına mərkəzin yaradılması, burada Azərbaycan dilinin, ədəbiyyatının geniş təbliğ edilməsinin, konfrans, seminar və açıq dərslər keçirilməsinin nəzərdə tutulması yüksək qiymətə layiqdir. İnanırıq ki, yeni açılan mərkəz Qaraqalpaqstanla Azərbaycan arasında mədəni əlaqələrin genişlənməsinə xidmət edəcək.

 

Özbəkistanla mədəni əməkdaşlığımız artan xətt üzrə davam və inkişaf etməkdədir. Bu işdə Azərbaycan Mədəniyyət Mərkəzinin və ona dəstək duran yerli qurum və quruluşların özünəməxsus yeri, rolu vardır. Artıq bir çox ali məktəbdə, mədəniyyət müəssisəsində Azərbaycan mərkəzlərinin yaradıldığı təqdirəlayiq hadisədir.

 

Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın bundan sonra daha da dərinləşəcəyinə, bu istiqamətdə yeni layihələrin həyata keçiriləcəyinə inanıram. Bu, bir təvafüqlükdür ki, yeni mərkəz Hüseyn Cavidin adını daşıyır. Hüseyn Cavid yaradıcılığı ilə Acıniyaz, Berdaq kimi qaraqalpaq klassikləri ilə yaxından səsləşir; çünki eyni ağacın budaqları kimiyik. Dilimiz, keçmişimiz, dinimiz, adət-ənənələrimiz ortaqdır. Bu da klassiklərimizin yaradıcılığında öz əksini tapıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?