Modern.az

Akif Təvəkküloğlu təzə vəzifədə: “Yeniliklərə imza atmalıyıq”

Akif Təvəkküloğlu təzə vəzifədə: “Yeniliklərə imza atmalıyıq”

1 Noyabr 2021, 11:49

“Uzun müddədit mətbuat sahəsində çalışmışam və mətbuat işçiləri ilə çox səmimi şəkildə işləmişik. Ümid edirəm bundan sonra qarşılıqlı şəkildə çalışacağıq”.

 

Bu fikirləri Modern.az-a açıqlamasında Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəis təyin olunmuş  Akif Təvəkküloğlu bildirib.

 

A.Təvəkküloğlu qeyd edib ki, harada olmağımızdan asılı olmayaraq hər birimiz bu vətənin, dövlətin əsgərləriyik: 

 

“Hər kəs öz bacarığı, biliyi, qabiliyyəti sayəsində işlədiyi yerdə dövlətə, xalqa xidmətini göstərməlidir. Ona görə bundan sonra da çalışacağam ki, üzərimə düşən bütün vəzifələri yerinə yetirim, hərzamankı kimi çox ciddi şəkildə sədaqətlə dövlətimə və xalqıma xidməti davam etdirim”.

 

Bütün sahələrin yenilik tələb etdiyini bildirən A.Təvəkküloğlu öz işində dövrün tələbinə uyğun yeniliklər tətbiq edəcəyini bildirib:

“Bu tələbə qarşı çıxsaq, inkişaf edə bilmərik. Yaxşı xidmət etmək üçün yenilikərə obrazlı desək, mütləq imza atmalıyıq. Yəni, yenilikləri biz qəbul edib, öz işimizdə, fəaliyyətimizdə göstərməliyik”.

 

Nigar ADİL

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir