Modern.az

Bakıda daha bir məktəb distant tədrisə keçdi

Bakıda daha bir məktəb distant tədrisə keçdi

Təhsil

1 Noyabr 2021, 15:06

Paytaxtdakı 47 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

 

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Modern.az-a cavab olaraq bildirilib.

 

Qeyd edilib ki, 47 nömrəli tam orta məktəbin 25 şagirdi və 4 müəlliminin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub. Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 47 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

 

Bu müddət ərzində təhsil müəssisəsində dərslər distant formada davam etdiriləcək, tədrisin davamlılığı təmin olunacaq.

 

Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı