Modern.az

UNEC-də 2 qrup distant təhsilə keçdi

UNEC-də 2 qrup distant təhsilə keçdi

Təhsil

2 Noyabr 2021, 14:05

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2 qrup distant təhsilə keçib.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq universitetin mətbuat katibi Elnarə Məmmədova məlumat verib.

 

Onun sözlərinə görə, təxminən 20-yə yaxın tələbədə yoluxma halı qeydə alınıb:

 

"Yoluxma halı baş verən tələbələrlə bağlı Epidemioloji mərkəzə məlumat göndərilir. 2 qrup 1 həftədir ki, onlayn təhsilə keçib". 

 

Qeyd edək ki, ali təhsil müəssisələrində ənənəvi tədris sentyabrın 29-da başlayıb. Yaşı 18-dən yuxarı olan tələbələrdən universitet binasına daxil olarkən vaksin pasportu və ya immunitet sertifikatı tələb edilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir