Modern.az

Amnistiya Aktı plenar iclasa tövsiyə olundu

Amnistiya Aktı plenar iclasa tövsiyə olundu

2 Noyabr 2021, 18:18

Bu gün Milli Məclisin Hüquq Siyasəti və Dövlət quruculuğu komitəsində "8 Noyabr - Zəfər Günü münasibəti ilə Amnistiya Aktının elan edilməsi haqqında" qərar layihəsi müzakirə edilib.

 

Modern.az xəbər verir ki, iclasda qeyd olunub ki, təhqiqat, istintaq orqanları və bütün məhkəmə instansiyaları tərəfindən amnistiya tətbiq edilməsi bu amnistiyanın xüsusiyyətlərindəndir.

 

Həmçinin, Amnistiya Aktı ilə məhkumluğun götürülməsi və əlavə cəzalardan azad etmə institutlarının tətbiqi də nəzərdə tutulur.

 

Müzakirələrdən sonra layihə parlamentin növbəti plenar iclasına tövsiyə olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir