Modern.az

Parlament unudulmaz məktəb oldu – BABƏK AĞAYEV

Parlament unudulmaz məktəb oldu – BABƏK AĞAYEV

Parlament

3 Noyabr 2021, 11:01

Milli Məclisin Aparatının Beynəlxalq Münasibətlər şöbəsinin müdir müavini Babək Ağayev tutduğu postdan gedib.

 

Modern.az xəbər verir ki, Babək Ağayev öz “Facebook” hesabında yazıb.

 

“Bu gün 2 noyabr 2021-ci il tarixi etibarı ilə Azərbaycan Respublikası Milli Məclisi Aparatında fəaliyyətimi yekunlaşdırdım. Düz 10 il ərzində, 1 noyabr 2011-ci il tarixindən 1 noyabr 2021-ci il tarixinə qədər Aparatın Beynəlxalq münasibətlər şöbəsində həmkarlarımla, Şöbə və Aparat rəhbərliyi ilə, Millət vəkilləri və Milli Məclis rəhbərliyi ilə birlikdə çalışmaq mənim üçün sözün bütün mənalarında gözəl təcrübə və unudulmaz məktəb oldu.

Fəaliyyətim dövründə birlikdə çalışdığım, öyrəndiyim və təcrübə qazandığım hər kəsə sonsuz təşəkkür edir, fəaliyyətini davam etdirən hər kəsə bundan sonra da uğurlar arzu edirəm. Ən ali dəyər olan VƏTƏN üçün xidmətə davam”, - deyə o, sosial şəbəkə hesabında qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!