Modern.az

Azərbaycanlı professordan Türk dövlətləri Təhsil nazirlərinə MƏKTUB

Azərbaycanlı professordan Türk dövlətləri Təhsil nazirlərinə MƏKTUB

3 Noyabr 2021, 11:50

Bu gün Türkiyədə Tük Konseyi Təhsil Nazirlərinin görüşü başlyıb. 

 

Azərbaycanlı professor Şahlar Əsgərov Türk dövlətləri Təhsil nazirlərinə qısa məktub yazıb.

 

Modern.az məktubu təqdim edir:

 

- Ali məktəblrin konsepsiyası dəyişməlidir. Türk toplumları ümum ali təhsil səviyyəsindən keçməlidir. 

 

- Ali məktəblər giriş qapılarını gen, çıxış qapılarını dar açmalıdırlar. Təhsilin məzmununda ictimai mənafe şəxsi mnafedən üstünlüyü təmin edilməlidir.

 

- Kanadalı alim  Maykl Fullanın 6C nəzəriyəsi  nəzərə alınmalıdır.

 

- Dünya təhsil oxu ətrafında fırlanmalıdır,iqtisadiyyat oxu ətrafında yox. Təhsilə münasibət dəyişməlidir. Ölkənin Bir nömrəli Naziri təhsil naziri olmalıdır.

 

- Təhsilə baxış dəyişməlidir. Təhsilin doktrinası dəyişməlidir. Təhsil şəxsiyyət yox, kamil insan yetişdirməlidir.

 

İndiki təhsil sistemi bütün dövlətləri bir biri ilə müharibəyə hazırlayır. 

 

Kamil insanlardan təşkil olmuş cəmiyyətlər bir biri ilə Allaha xoş gələn əməkdaşlıq edərlər.

 

Biliyin qiymətləndirmə meyarı dəyişməlidir. Meyyar olaraq bildiyimizin, bilməli olduğumuza nisbəti yox,  bildiyimizin bilmədiyimizə nisbəti götürülməlidir. Bu bizə imkan verər ki, bütün insanların məxsusu qiymətini təyin edək. Dünya liderlərinin reytinqini təyin edək.

 

- Pedaqoqika və psixologiya elm diqqət mərkəzinə cəkilməlidir.

 

- İlk (ibtidai) məktəblərə baxış kökündən dəyişməlidir.  Məktəbin  ən qabaqcıl öyrətmənləri bu siniflərdə dərsə cəlb edilməlidir. 

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır