Modern.az

Deputatlar Niderland və Fransaya gedir

Deputatlar Niderland və Fransaya gedir

3 Noyabr 2021, 19:06

Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri Vətən müharibəsində Qələbənin birinci ildönümü münasibətilə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirirlər.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən xəbərə görə, MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Milli Məclisin deputatları Eldar Quliyev və Soltan Məmmədov noyabrın 3-dən 10-na kimi öncə Niderland Krallığının Haaqa şəhərində, sonra isə Fransanın paytaxtı Parisdə səfərdə olacaq, bu ölkələrdəki Azərbaycan səfirliklərinin Zəfər Gününə həsr edilmiş tədbirlərində iştirak edəcəklər.

 

Tədbirlərdə Azərbaycan tarixinin ən möhtəşəm hadisələrindən biri olan Zəfər Günü anılacaq, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızı işğaldan azad edərkən şəhid olmuş Vətən övladlarının əziz xatirəsi ehtiramla yad ediləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?