Modern.az

Təhsil Nazirliyindən müəllimlərə MÜRACİƏT

Təhsil Nazirliyindən müəllimlərə MÜRACİƏT

Təhsil

3 Noyabr 2021, 20:02

Təhsil Nazirliyi müəllimlərin məcburi şəkildə koronavirus əleyhinə 3-cü doza vaksin vurdurmaları ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, Nazirliyin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov belə məcburiyyətin olmadığını deyib.

 

Onun sözlərinə görə, təhsil işçilərinin vaksinasiya məsələsi hər zaman tövsiyə xarakterli olub: "Təhsil Nazirliyi müəllimlərə bir daha tövsiyə edir ki, koronavirusa qalib gəlmək üçün üçüncü doza vaksin vurdursunlar. Şüarımız odur ki, əyani tədrisin davamı üçün vaksinasiya yeganə yoldur".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi