Modern.az

Deputat: "Balıq məhsullarının xarici bazara çıxarılması çox vacibdir"

Deputat:

Parlament

3 Noyabr 2021, 20:15

"Baxmayaraq ki, ölkəmiz Xəzər dənizinin sahilində yerləşməklə dənizin balıq resurslarına birbaşa çıxışı olan beş ölkədən biridir, amma balıq məhsullarının istehsalı çox aşağı həcmdə aparılır.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov bildirib.

 

Deputat qeyd edib ki, Dövlət Statistika Komitəsinin 2018-ci ildə paylaşdığı ərzaq balansları göstəricilərinə əsasən ölkə ərazisində balıq və balıq məhsulları 2017-ci ildə istehsal 63812 ton ovlanmış və tutulmuş, göl və nohur balıqçılığı təsərrüfatlarının istehsalı- 707 ton, idxal 15259 ton təşkil edib:

 

"Təəssüf ki, region ölkələr arasında Azərbaycanda akvakulturanın inkişaf səviyyəsi aşağı görünür. Amma burada bir məqam var. Azərbaycanın coğrafi mövqeyi, su ehtiyatları və infrastrukturu var və akvakultura istehsalı dəfələrlə artıq həcmlərdə ola bilər. Hesab edirəm ki,  ilk növbədə sahibkarların fəaliyyəti üçün münbit şərait hazırlanmalıdır, müəssisələrin qeydiyat proseduru asanlaşdırılmalıdır, dövlət tərəfindən istehsalçılara yönəlmiş subsidiya proqramları hazırlanaraq tədbiq olunmalıdır, yem istehsalçılarının fəaliyyətində güzəştlər tədbiq olunmalıdır. Bunlar çox vacib məsələdir. Eyni zamanda, bu sadaladıqlarim içərisində məhsulların beynəlxalq standartlara uyğun formada xarici bazara çıxarılması da mühüm əhəmiyyət kəsb edir"

 

Məşhur Məmmədov İrandan Rusiyaya daşınan balıq məhsullarının Azərbaycan üzərindən keçməsinə də toxunub:

 

"Azərbaycan üçün isə Rusiya ilə həmsərhəd olması və malların tranzit olkələrdən keçmədən qısa zaman ərzində çatması əlavə üstünlük təşkil etmiş olur. Düşünürəm ki, bu məsələ də diqqətə alınmalıdır. Həmçinin, akvakultura təsərrüfatlarında istehsal olunmuş məhsulların kənd təsərrüfatı məhsullarının siyahısına daxil edilməsi vacib şərtdir. Belə olduğu halda dövlətin kənd təsərrüfatı sahəsində göstərdiyi böyük imtiyazlardan akvakultura təsərrüfatları da yararlanmış olacaq".  Deputat balıq məhsullarının inkişaf etdirilməsindən danışarkən işsizlik probleminin həll olunmasında böyük rolunun olacağını da vurğulayıb:

 

"Minlərlə yeni iş yerləri yaranacaq , büdcəyə daha çox əlavə vəsait daxil olacaq"

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı