Modern.az

3 Milli Qəhrəmanın adı bu məktəblərə VERİLDİ

3 Milli Qəhrəmanın adı bu məktəblərə VERİLDİ

Təhsil

4 Noyabr 2021, 15:36

Prezident, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq, Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının adlarının əbədiləşdirilməsi barədə müvafiq Qərar imzalayıb. Müxtəlif şəhər və rayonlarındakı 37 məktəb və liseyə Milli Qəhrəmanlar və Vətən Müharibəsi Qəhrəmanlarının adları verilib.

 

Modern.az xəbər verir ki, Vətən müharibəsində şücaət göstərmiş Polad Həşimovun, İlqar Mirzəyevin və Şükür Həmidovun adı əbədiləşdirilib.

 

Qərara əsasən:

 

- Sumqayıt şəhəri 28 nömrəli tam orta məktəbə “Azərbaycanın Milli Qəhrəmanı” Polad İsrayıl oğlu Həşimovun,

 

- Bakı şəhəri 98 nömrəli tam orta məktəbə “Azərbaycanın Milli Qəhrəmanı” İlqar Anzor oğlu Mirzəyevin,

 

- Qubadlı rayonu Xanlıq kənd 3 nömrəli tam orta məktəbə (müvəqqəti olaraq Abşeron rayonunda yerləşir) “Azərbaycanın Milli Qəhrəmanı” Şükür Nəriman oğlu Həmidovun adı verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır