Modern.az

Parlament Zəfər Günü ilə bağlı bəyanat verdi

Parlament Zəfər Günü ilə bağlı bəyanat verdi

Parlament

5 Noyabr 2021, 12:31

Milli Məclis 8 noyabr - Zəfər Günü ilə bağlı bəyanat qəbul edib.

 

Modern.az xəbər verir ki, 8 noyabr - Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin bəyanatını deputat Cavid Osmanov oxuyub.

 
Bəyanatda qeyd olunur ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində 30 il ərzində işğal altında qalan torpaqlarımızı azad etdi:

"Bu bir əsrin hüdudlarına sığmayan bir qələbədir. 44 gün ərzində 30 illik işğala son qoyulması ilə son 200 ilə yaxın dövrdə Azərbaycan xalqına bəlalar gətirən erməni şovinizminə böyük zərbə endirildi".

Bəyanat müzakirəyə çıxarılaraq qəbul edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar