Modern.az

Müəllimlərin kirayəpulu ARTIRILIR

Müəllimlərin kirayəpulu ARTIRILIR

5 Noyabr 2021, 12:45

Xüsusi təhsilə cəlb olunan uşaqların valideynlərinə ödənilən müavinətin, həmçinin gənc müəllimlərə ödənilən kompensasiyanın məbləği artırılır.

 

Modern.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

 

Belə ki, xüsusi təhsilə cəlb olunan 12380 nəfərin valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisələrinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssələrinə aparıb-gətirmək üçün ayda ödənilən müavinətin məbləği 22 manatdan 50 manatadək (2,3 dəfə çox) artırılır.

 

Habelə pedaqoji profili ali və orta ixtisas təhsil müəssisələrini bitirmiş 20 min nəfərədək gənc mütəxəssislərin kənd rayonlarındakı ümumi təhsil müəssisələrinə işə cəlb olunmalarının stimullaşdırılması məqsədilə onların kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqı üzrə verilən kompensasiyanın məbləği 60 manatdan 90 manata (50,0 faiz çox) çatdırılacaq.

 

Nigar ADİL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır