Modern.az

MEDİA-da müharibədə iştirak edən jurnalistlərlə GÖRÜŞ

MEDİA-da müharibədə iştirak edən jurnalistlərlə GÖRÜŞ

5 Noyabr 2021, 13:33

Noyabrın 5-də 2021-ci ildə Medianın İnkişafı Agentliyində 44 günlük Vətən Müharibəsində iştirak etmiş media nümayəndələri ilə görüş keçirilib.

 

MEDİA-dan Modern.az-a verilən məlumata görə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun şücaəti nəticəsində qazanılan şanlı Zəfərin ildönümünə həsr olunmuş tədbir torpaqlarımızın azadlığı uğurunda canından keçmiş Vətən övladlarının, o cümlədən bu ilin iyunun 4-də öz vəzifə borclarını yerinə yetirərkən Kəlbəcərdə mina partlaması nəticəsində şəhid olan Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun və Azərtac-ın əməkdaşı Məhərrəm İbrahimovun xatirələrinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

 

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Müzəfər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun xalqın birliyindən ruhlanaraq torpaqlarımızı işğaldan azad etməsinin tarixi əhəmiyyətini vurğulayıb. “44 günlük Vətən Müharibəsində media nümayəndələri öz qələmlərini süngüyə çevirməyi bacardı”,- deyən Əhməd İsmayılov bildirib ki, Azərbaycan jurnalistlərinin ön cəbhədə hərbçi kimi, reportyor kimi iştirakı yüksək qiymətləndirilir.

 

Tədbir iştirakçılarına Medianın İnkişafı Agentliyinin jurnalist peşəkarlığnının artırlmasında rolu və Agentlik tərəfindən keçirilən təlimlər barədə məlumat verilib. Həmçinin jurnalistikanın müxtəlif sahələri üzrə ixtisaslaşmış klubların yaradılmasına dair müzakirələr aparılıb.

 

Görüşdə çıxış edən hərbi ekspertlər Ruslan İmamquliyev, Əlisəfa Mehdi, Qarabağ qazisi Rey Kərimoğlu, Vətən müharibəsi iştirakçıları Məğrur Əlipolad, İlham Tumas və digərləri ixtisaslaşmış klubların yaradılması ilə bağlı dəstək ifadə ediblər. Görüşdə media savadlılığının artırılmasına dair fikir mübadiləsi aparılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?