Modern.az

“Ürəyimdə nəzərdə tutulan əməliyyat dayandırıldı” - Araz Zeynalov

“Ürəyimdə nəzərdə tutulan əməliyyat dayandırıldı” - Araz Zeynalov

5 Noyabr 2021, 15:44

“Müalicəm davam edir. Artıq demək olar ki, yaxşılaşıram. Yanaşı xəstəliklərimlə bağlı ürəyimdə nəzərdə tutulan əməliyyat dayandırıldı”.


Bu fikirləri Modern.az-a açıqlamasında tanınmış jurnalist Araz Zeynalov bildirib.


Sol ayağında yaranan problemin idman hərəkətləri sayəsində artıq aradan qalxdığını deyən A.Zeynalov hazırda özünü yaxşı hiss edir.

 

Uzun müddət rusdilli Vesti.az saytının baş redaktoru kimi çalışan A.Zeynalov artıq "Azəri-Press" İnformasiya Agentliyində baş məsləhətçi kimi fəaliyyətini davam etdirir.


Qeyd edək ki, hazırda Vesti.az saytının baş redaktoru Vüqar Həsənovdur.


Nigar Adil

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir