Modern.az

Şagird yerdəyişməsinə başlanılır

Şagird yerdəyişməsinə başlanılır

5 Noyabr 2021, 16:10

10 noyabr saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi davam etdiriləcək.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək.

 

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

 

Qeyd edək ki, 12 sentyabr 2021-ci ildən etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu tədris ilinin başlaması və siniflərin komplektləşdirilməsi ilə əlaqədar müvəqqəti olaraq dayandırılıb.

 

Nigar Adil

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir