Modern.az

Azərbaycana yeni peyvəndlər gətiriləcək?

Azərbaycana yeni peyvəndlər gətiriləcək?

6 Noyabr 2021, 15:15

"Hazırda Azərbaycanda 4 istehsalçının vaksini tətbiq olunur: CoronaVac (Çin), AstraZeneca/Vaxzevria (İngiltərə), Biontech/Pfizer (Almaniya/ABŞ) və Sputnik V (Rusiya)".

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

 

Qeyd edilib ki, digər ölkələrin istehsalı olan peyvəndlərin ölkəyə gətirilməsilə bağlı müzakirələrin aparılması Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətindədir.

 

Rəsmi məlumata görə, bu günə qədər ölkəyə 13 142 040 doza vaksin dərman vasitəsi gətirilib:

 

"Bu da ümumi alınmış peyvəndlərin 80%-ni təşkil edir. Gələn il üçün COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyasına müvafiq olaraq əlavə 5 000 000 doza vaksinin ölkəyə gətirilməsi nəzərdə tutulur".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır