Modern.az

Deputatlar Zəfərimizi xarici ölkə parlamentarilərilə qeyd edir - FOTOLAR

Deputatlar Zəfərimizi xarici ölkə parlamentarilərilə qeyd edir - FOTOLAR

7 Noyabr 2021, 12:30

Zəfər Günü ilə bağlı Milli Məclisin deputatlarının iştirakı ilə bir neçə ölkədə silsilə tədbirlərə start verilib.

 

Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Soltan Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, Zəfər Günü ilə əlaqədar Fransada bir sıra tədbirlər keçiriləcək:

 


“Azərbaycan Respublikasının Fransadakı Səfirliyi və Fransada Azərbaycan Dostları Assosiasiyasının təşkilatçılığı ilə Parisdə “Qarabağ sülh dövründə: ümid və çağırışlar. Fransanın rolu nədir?” mövzusunda dəyirmi masa keçiriləcək.  Dəyirmi masada Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni reallıqlar, Avropa ölkələrinin, o cümlədən Fransanın regionda sülh, sabitlik və əməkdaşlığın təşviq olunmasına verə biləcəyi töhfələr müzakirə ediləcək. Bundan başqa  Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa Milli Assambleyasında Fransa-Azərbaycan Dostluq qrupunun vitse-prezidenti Jerom Lamberlə də görüşümüz olacaq. Görüş zamanı Azərbaycan həqiqətlərinin Fransa ictimaiyyətinə çatdırılması ilə bağlı bəzi ideya və təkliflərin müzakirəsi planlaşdırılır. Səfərdə Fransanın bəzi media orqanları ilə görüşlər də olacaq”. 

 


Milli Məclisin deputatı Anatoliy Rafailov bu gün İsrailin Tel-Əviv şəhərində Azərbaycanın Zəfər Gününə həsr edilmiş tədbir keçiriləcəyini deyib:

 


“Səfərimiz noyabrın 11-nə qədər davam edəcək. İsraildəki tədbirdə Azərbaycan xalqının Zəfər Gününün ildönümü qeyd ediləcək. Qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızı işğaldan azad edərkən şəhid olmuş Vətən övladlarının əziz xatirəsi yad olunacaq. Eyni zamanda, Azərbaycan-İsrail diplomatik əlaqələrinin qurulmasının 30 illiyinə həsr edilmiş tədbirlər keçiriləcək. Tədbirə İsrailin dövlət səviyyəsində nüfuzlu şəxsləri qatılacaq. Bunlar parlamentin üzvləri, dövlət qurumlarınının, ictimaiyyətin nümayəndələri və Azərbaycan xalqını sevən İsrail vətəndaşları olacaq”.

 


Milli Məclisin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun rəhbəri Arzu Nağıyev bildirib ki, Gürcüstanda da Zəfər Günü ilə bağlı tədbirlər keçirilib:

 


“Səfərimiz artıq bir neçə gündür ki, başlayıb. Əsas məqsəd qələbəmizi təntənəli şəkildə qeyd etmək idi. Şəhidlərimizin adı üçün böyük ehsan verildi. Azərbaycanın Gürcüstandakı səfirliyində 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib. Tədbirdə Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsalia, SOCAR prezidenti Rövnəq Abdullayev, iplomatik korpusun nümayəndələri, gürcü din xadimləri, iş adamları, ictimai-siyasi xadimlər iştirak edirlər”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi