Modern.az

Sahibə Qafarova: \"Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi ölkəmizdəki humanizmin göstəricisidir\"

Sahibə Qafarova: \

7 Noyabr 2021, 12:59

Milli Məclisin Sədri qeyd edib ki, bu dövrdə qəbul olunmuş sənədlər sırasında hərbi vəziyyətin elan edilməsi və ləğv edilməsi haqqında ölkə Prezidentinin fərmanlarının təsdiq edilməsi barədə, Vətən müharibəsində qələbə münasibəti ilə ölkənin orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə, “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında”, “Zəfər Günü”nün iş günü olmayan bayram günü hesab edilməsi, hər il sentyabrın 27-nin şəhidlərin xatirəsini yadetmə günü - Anım Günü kimi qeyd olunması barədə qanun və qərarları göstərmək olar.

 

 

 

“Parlamentin 5 noyabr tarixində keçirilən iclasında 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Milli Məclisin bəyanatı qəbul olunmuş, bu bayram münasibətilə möhtərəm Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya parlament adından təbrik məktubları ünvanlanmışdır. Həmçinin Zəfər Günü münasibəti ilə Milli Məclisə bir sıra ölkələrin parlamentlərindən və beynəlxalq parlament təşkilatlarından çoxsaylı təbrik məktubu göndərilib və məktublar gəlməkdə davam edir.

 

 

Digər mühüm bir məsələ möhtərəm Prezident İlham Əliyev tərəfindən Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi barədə təşəbbüs irəli sürülməsi və Milli Məclis tərəfindən müvafiq qərar qəbul olunmasıdır. Qeyd edim ki, hüquqi və demokratik dövlətin əsas təməllərindən biri olan insan hüquqlarının və azadlıqlarının müdafiəsi, ölkə həyatında mərhəmət və humanizm prinsiplərinin bərqərar edilməsi möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin ən mühüm istiqamətlərindən birini təşkil edir. Onun rəhbərliyi altında səmərəli fəaliyyəti ilə böyük nüfuz qazanmış əfvetmə və bağışlama institutu şəxsiyyətə inam və hörmət, insanpərvərlik ideyalarının cəmiyyətdə geniş yayılmasına kömək göstərir. 1995-2021-ci illər ərzində əvvəlcə Ulu Öndər Heydər Əliyev, sonra isə möhtərəm Prezident İlham Əliyev tərəfindən 67 əfv fərman və sərəncamı qəbul edilmişdir. Bunların nəticəsində 9 minə yaxın məhkum azadlığa buraxılmışdır”, - Sahibə Qafarova qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?