Modern.az

Gələn il təqaüd alan tələbələrin sayı bu qədər ARTACAQ

Gələn il təqaüd alan tələbələrin sayı bu qədər ARTACAQ

Təhsil

8 Noyabr 2021, 10:40

2020-ci ilin dövlət büdcəsində dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi və təhsil sahəsində digər tədbirlər üzrə xərclər üçün 1255,3 milyon manat məbləğində vəsait proqnozlaşdırılıbr ki, bu da 2021-ci illə müqayisədə 193,3 milyon manat və ya 18,2 faiz çoxdur.

Modern.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.


Qeyd olunub ki, əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığını daha da artırmaq və ali təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə tələbə kreditinin verilməsi üçün növbəti ilin dövlət büdcəsindən 22 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.


Növbəti il üçün ödənişli əsaslarla təhsil alan məcburi köçkün statuslu, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş, əllil olmuş şəxslərin uşaqları və ödənişli əsaslarla qəbul olmuş I və II dərəcə əllilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların, ikitərəfli saziş və müqavilələr əsasında dövlət hesabına təhsil alan əcnəbi tələbələrin sayı cəm olaraq cari illə müqayisədə 2569 nəfər, təqaüd alan tələbələrin sayı isə 12008 nəfər artımla proqnozlaşdırılıb.

Ümumilikdə növbəti tədris ili üçün dövlət sifarişi ilə təhsil alan tələbələrin sayının 2020-2021-ci tədris ili ilə müqayisədə 15893 nəfər  və ya 16,7 faiz artırılaraq 110834 nəfərə çatdırılması proqnozlaşdırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir