Modern.az

MOSSAD sui-qəsdinin reklam kampaniyası

MOSSAD sui-qəsdinin reklam kampaniyası

Dünya

18 Fevral 2010, 16:48

Cari il yanvarın 20-də Həmas təşkilatının yaradıcılarından olan Mahmud Əl Mabhuhun sui-qəsd nəticəsində öldürülməsi ilə bağlı maraqlı iddialar ortaya atılıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, həmin vaxt Dubaydakı otellərdən birində qalan Mabhuh otağında ölü tapılmışdı. Təhlükəsizlik kameralarında qeydə alınan görüntülərə əsasən, süni saqqal və parik taxaraq özlərinə turist görkəmi verən 4 nəfərlik qrup həmin oteldə yerləşir. Nəhayət cinayətin baş verdiyi gün səhər vaxtı Mabhuh otağından çıxdıqdan sonra qatillər elektronik cihazla qapını açaraq içəri daxil olublar. Sui-qəsdin törədilməsindən 22 dəqiqə sonra otaqdan çıxan “turistlər” Dubayı tərk ediblər.

 

Hadisədən sonra Dubay polisi sui-qəsdin yəhudi kəşfiyyat qurumu olan MOSSAD tərəfindən törədildiyini və buna dair faktların olduğunu bildirib və Təl-Əvivdən təkzib gəlməyib. İsrail mətbuatı isə yaşananlara  “Kəşfiyyat xidməti dəqiq qurulmuşdu, hər şey saat kimi çalışırdı, təəssüf ki, gizli kameralar da saat kimi dəqiq lentə alırdı” kimi qiymət verib.

 

Lakin bu gün beynəlxalq kəşfiyyat mütəxəssislərindən biri ortaya qeyri-adi iddia atıb və fikrini belə əsaslandırıb: “MOSSAD kimi güclü bir kəşfiyyat orqanının oteldəki təhlükəsizlik kameralarını diqqətə almaması mümkün deyil. Əksinə sui-qəsdçilər otelə daxil olduqları andan etibarən hər atdıqları addımın kameralara düşməsini istəyiblər. Nəhayət 19 saat davam edən əməliyyatdan sonra ortada reklam kampaniyasının ən vacib hissəsi – kamera görüntüləri qaldı. MOSSAD beləliklə növbəti dəfə dünyanı qorxuya salmağa yönələn şou yaratmış oldu”.

 

Tural

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı