Modern.az

Azay Quliyev Ərdoğanla GÖRÜŞDÜ

Azay Quliyev Ərdoğanla GÖRÜŞDÜ

Parlament

10 Noyabr 2021, 09:10

ATƏT PA-nın nümayəndə heyəti olaraq Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Erdoğanla və Türkiyə Böyük Millət Məclisinin Sədri cənab Mustafa Şentopla Ankarada keçirdiyimiz görüşdə çox mühüm məsələləri müzakirə etdik.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri və qurumun vitse-prezidenti  Azay Quliyev bildirib.

 

A.Quliyev deyib ki, görüşdə Türkiyənin son illər üzləşdiyi qaçqın, köçün və qanunsuz miqrasiya, terrorla mücadilə, ikili standartlar və selektiv yanaşmalar, islamafobiya və digər təhdidlərlə bağlı mövzular diqqət mərkəzində olub:

 

“Bildirildi ki, Suriya və digər ölkələrdən gələn 4,5 milyon qaçqın və qanunsuz miqranta Türkiyə son 10 ildə 40 milyard dollar xərclədiyi halda, Avropa Birliyi və digər beynəlxalq təşkilatlardan söz verilən dəstək təmin olunmayıb. Türkiyə təkbaşına bu qədər ağır yükün öhdəsindən gələ bilməz və müvafiq beynəlxalq təşkilatlar və ölkələr bu problemin həllində rəsmi Ankaraya yardım etməlidir.

 

Müzakirələr zamanı İkinci Qarabağ savaşından sonra Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyi, regionda qalıcı sülh və barış üçün yeni imkanlar yarandığı, Ermənistanın hazırkı reallıqlar əsasında Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşdırmasının vacibliyi vurğulandı. ATƏT PA ilə Türkiyənin ən müxtəlif mövzularda əməkdaşlıq etməsinin, fərqli yanaşmaların dialoq və anlaşma çərçivəsində həllinin vacibliyi qeyd olundu”.

 

 

A.Quliyevin sözlərinə görə, səfər proqramına uyğun olaraq Türkiyənin və beynəlxalq təşkilatların rəsmiləri ilə nəzərdə tutulan görüşlərimiz davam edir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü