Modern.az

Bu gündən şagirdlərin elektron yerdəyişməsi başlayır

Bu gündən şagirdlərin elektron yerdəyişməsi başlayır

10 Noyabr 2021, 09:15

Bu gün saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesinə yenidən start verilir.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

 

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

 

Qeyd edək ki, 12 sentyabr 2021-ci ildən etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu tədris ilinin başlaması və siniflərin komplektləşdirilməsi ilə əlaqədar müvəqqəti olaraq dayandırılmışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür