Modern.az

Büdcəylə bağlı dəyişiklik olacaq – TƏKLİFLƏR VAR

Büdcəylə bağlı dəyişiklik olacaq – TƏKLİFLƏR VAR

Parlament

10 Noyabr 2021, 11:45

Bu gündən Milli Məclisdə gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsinə başlanılır.

 

Bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, budəfəki büdcədə 5 istiqamət prioritet götürülüb:

 

“Bunlar müdafiə, Qarabağ, səhiyyə, təhsil və sosial müdafilə bağlı məsələlərdir.

Qeyd etdiyim sahələrə kifayət qədər də vəsait ayrılıb. Məsələn, işğaldan azad edilmiş Qarabağa 2,2 milyard manat ayrılıb. Doğrudur bu, çox böyük vəsait deyil. Amma Qarabağa investorlar da cəlb olunub, investisiya layihələri həyata keçirilir. Bu baxımdan böyük layihələrin icrasında problem gözlənilmir.

 

İkinci ciddi məsələ müdafiə və təhlükəsizliklə bağlıdır. Həm yeni layihələrin işlənilib hazırlanması, həm müdafiə məqsədli texnikaların alınması, həm də təhlükəsizlik məsələlərinin həll edilməsilə əlaqədar olaraq bu sahəyə kifayət qədər vəsait ayrılıb.

 

Təhsil və səhiyyə də hər zaman prioritet olub, bu il də ənənəvi olaraq, bu sahə diqqətdə olacaq. Bütün bunlarla bərabər, insanların sosial müdafiəsinin gücləndirilməsi, yaşayış səviyyəsinin yüksəldilməsi üçün pensiya və maaşlar, təqaüdlərin artırılması nəzərdə tutulur. Bu gündən müzakirələr başlayır. Müzakirələr əsnasında büdcəyə dəyişikliklər də olacaq, çünki bir çox təkliflərimiz var”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?