Modern.az

Təhsil kreditləri üçün əlavə 22 milyon manat ayrılacaq

Təhsil kreditləri üçün əlavə 22 milyon manat ayrılacaq

Təhsil

10 Noyabr 2021, 12:12

Gələn il Təhsil Nazirliyi yanında Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalı 22 milyon manat və yaxud 27,5% artırılaraq 80 milyon manatdan 102 milyon manata çatdırılacaq.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

 

Nazir qeyd edib ki, artım tələbələrə verilməsi nəzərdə tutulan kreditlər üçün büdcədən ayrılacaq vəsait hesabına baş tutacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır