Modern.az

Gürcüstan istənilən ciddi addımları atmağa HAZIRDIR

Gürcüstan istənilən ciddi addımları atmağa HAZIRDIR

10 Noyabr 2021, 13:11

“Azərbaycan və Ermənistan arasındakı münasibətlərdə Gürcüstan ciddi ölkə kimi təmsil olunmalıdır. Azərbaycanla normal münasibətləri olduğuna görə, Gürcüstan istənilən ciddi addımları ata bilər”.

 

 

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun rəhbəri Arzu Nağıyev  deyib.

 

 

Onun sözlərinə görə, Zəfər Günü ilə bağlı Gürcüstanın dövlət nümayəndələri ilə görüşdə də məlum oldu ki, bundan sonra bizimlə tərəfdaşlıq etməyə hazırdırlar:

 

“Bundan başqa iki ölkə arasındakı problemlərin həllində də Gürcüstan rol oynayır. Biz bunu mina xəritələrinin verilməsində,  girovların dəyişdirilməsində  gördük.  Bundan sonra da Gürcüstan bu və digər istiqamətdə öz səlahiyyətlərindən istifadə edərək, bir sıra addımlar atacaq”.

 

Azərbaycan və Ermənistan arasındakı sülh müqaviləsinin bağlanmasında, altılıq platformada Gürcüstan rol oynaya bilərmi?

 

 

“Sülh müqaviləsində rol oynaması üçün Gürcüstanın özünün də maraqları olmalıdır ki, bu sahədə addımlar atsın. Düşünürəm ki, bu maraqlar da Gürcüstanda var. Çünki əsas kommunikasiyaların keçməsi, iqtisadi infrastrukturların bərpa olunması bir mənalı şəkildə Gürcüstana da xeyir gətirən bir müqavilədir.  Ona görə də Gürcüstan sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Altılıq platformada da Gürcüstanın nəyisə narazılıq edəcəyini düşünmək olmaz. İnandırıcı deyil ki, onun əlindən nəsə çıxar”, - deyə deputat bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir