Modern.az

Ankarada Zəfər KONSERTİ

Ankarada Zəfər KONSERTİ

Diaspor

10 Noyabr 2021, 13:35

Ankara Böyükşəhər Bələdiyyəsi və “Xəzər” Azərbaycan Xalq Rəqsləri Dərnəyinin birgə təşkilatçılığı ilə böyük Zəfərin birinci ildönümündə “Anadoludan Xəzərə: Zəfər Qardaşlığı” adlı konsert proqramı təşkil olunub.

 

Modern.az xəbər verir ki, konsert proqramından əvvəl türk dünyasının şəhidləri rəhmətlə anılıb, Qarabağa dair video-çarx izləyiciləri duyğulandırıb. “Bir millət, iki dövlət” şüarından yola çıxan Azərbaycan və Türkiyə dövlətlərinin dostluq və qardaşlığının  daimi olacağına inam ifadə edilib. Zəfər coşqusunu birlikdə yaşamağın verdiyi sevinc və qürur  hissləri xüsusilə vurğulanıb. 

 

Ankara sakinləri Gülçöhrə Sanqunun rəhbərlik etdiyi “Xəzər”Azərbaycan Xalq Rəqsləri Dərnəyinin  rəqqaslarının ifasında  milli rəqsləri böyük maraqla izləyiblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır