Modern.az

Ermənilər Qaragöl istiqamətində təxribat törədib

Ermənilər Qaragöl istiqamətində təxribat törədib

Qərbi Azərbaycan

10 Noyabr 2021, 13:49

Ermənistan hərbçiləri ötən gün Laçın rayonunun ərazisində yerləşən Qaragöl ətrafında təxribata cəhd ediblər.

 
Modern.az Ermənistanın 24NEWS saytına istinadən xəbər verir ki, Qaragöl yaxınlığında erməni və azərbaycanlı hərbçilər arasında dava düşüb.

Buna səbəb erməni əsgərlərin öz mövqelərini irəliyə çəkərək möhkəmlənmək cəhdi olub. Hərbçilərimiz buna reaksiya verərək, düşmən hərbçilərini mühasirəyə salaraq, onları əvvəlki mövqelərinə qaytarıblar.

Gərginlik Rusiya hərbçilərinin əraziyə gəlməsi ilə sakitləşib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir