Modern.az

Güclü küləkdə xəsarət alanların sayı 18-ə ÇATDI

Güclü küləkdə xəsarət alanların sayı 18-ə ÇATDI

11 Noyabr 2021, 08:59

Noyabrın 10-dan etibarən paytaxtda müşahidə edilən hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından daha 11 nəfər xəsarət alıb.

 

Bu barədə Modern.az-a Təcili Tibbi Yardım Stansiyasından məlumat verilib.

 

Bildirilib ki, xəsarət alanlardan 5-i kişi, 6-sı qadındır.

 

Onlardan 1-nə yerində yardım edilib, 1-i yardımdan imtina edib, digərləri tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıblar.

 

Qeyd edək ki, 10 noyabrda, küləyin gücləndiyi axşam saatlarında 7 nəfər xəsarət alaraq, xəstəxanaya yerləşdirilib. Bununla da küləyin fəsadlarından xəsarət alanların sayı 18 nəfərə çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir