Modern.az

Milli Məclisdə büdcə müzakirələri bu gün də davam edəcək

Milli Məclisdə büdcə müzakirələri bu gün də davam edəcək

11 Noyabr 2021, 09:28

Bu gün Milli Məclisdə gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi davam etdiriləcək.

 

Modern.az xəbər verir ki, layihəyə əvvəlcə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında baxılacaq.

 

Bu gün eyni zamanda qanunverici orqanın Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə toplantısı keçiriləcək. İclasda gələn ilin dövlət büdcəsi layihəsi müzakirə olunacaq.

 

Qeyd edək ki, Milli Məclisin noyabrın 16-17-18-də keçiriləcək plenar iclaslarda isə gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlər müzakirə ediləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir