Modern.az

Bakıda külək 4 maşını AŞIRIB - VİDEO

Bakıda külək 4 maşını AŞIRIB - VİDEO

11 Noyabr 2021, 10:07

Paytaxtda küləyin törətdiyi fəsadlar zamanı avtomobillərə də ciddi ziyan dəyib. Xüsusilə Bakı-Salyan yolu istiqamətində, eyni zamanda, Su İdman Oyunları Sarayı ilə Bibiheybət yolu arasındakı yolda 4 avtomobil ciddi xəsarət alıb.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

 

 

A.Əsgərlinin sözlərinə görə, avtomobillər 3500 kiloqramlıq yük maşınlarıdır:

 

“Fəsadların aradan qaldırılması üçün yol müvəqqəti bağlanıb, hərəkət əməkdaşlarımız tərəfindən tənzimlənib".


Onun sözlərinə görə, güclü küləyin təsirindən şəhərdə ağacların, maneələrin aşması halları olub. Həmçinin, Milli Məclisin binasına ziyan dəyib.

 

DYP rəsisinin sözlərinə görə, hazırda avtomobillərə dəyən ziyan hesablanır.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür