Modern.az

Külək Bakıdakı 11 məktəbin damını UÇURDU

Külək Bakıdakı 11 məktəbin damını UÇURDU

11 Noyabr 2021, 10:40

Hava şəraitinin kəskin dəyişməsi və güclü külək nəticəsində paytaxtın bəzi ümumi təhsil məktəblərinə ziyan dəyib.

 

Bakı Şəhər Təhsil İdarəsindən Modern.az-a verilən məlumata görə 39, 113,167, 173, 186, 204, 260, 265, 298, 314, 319 nömrəli məktəblərin dam örtüyü, pəncərə, fasad və hasarlarında bir sıra fəsadlar yaranıb, ağacların aşması, budaqların qırılması və xüsusi konstruksiyaların zədələnməsi halları müşahidə olunub.

 

Müvafiq mütəxəssislər məktəblərdə olub, ilkin zəruri təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı xəbərdarlıq edilib. Hava şəraiti imkan verən kimi küləyin törətdiyi fəsadların aradan qaldırılması təmin ediləcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü