Modern.az

“Təhsil xərcləri hər il artırılır” - Samir Şərifov

“Təhsil xərcləri hər il artırılır” - Samir Şərifov

Təhsil

11 Noyabr 2021, 12:57

“Hər il təhsil xərclərinin artırılması istiqamətində məqsədyönlü işlər aparılır. Bu da dövlətin təhsil sahəsinə göstərdiyi diqqətin bariz nümunəsidir”.

 

Modern.az-ın xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

 

“Azərbaycan dövləti olduqca güclü xarici siyasət həyata keçirir. Bu məqsədlə də dövlət büdcəsindən vəsait ayrılıb”, - nazir vurğulayıb.

 

O bildirib ki, Ombudsman Aparatının fəaliyyətinin təşkili üçün növbəti ilin dövlət büdcəsindən 4 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!