Modern.az

Əhalisinin 15%-i mühacirətdə olan Ermənistan: “2080-ci ilə qədər ölkədə erməni qalmayacaq”

Əhalisinin 15%-i mühacirətdə olan Ermənistan: “2080-ci ilə qədər ölkədə erməni qalmayacaq”

11 Noyabr 2021, 15:32

Ermənistanın demoqrafik problemləri aktual olaraq qalır.

 

Modern.az “Aravot” qəzetinə istinadən xəbər verir ki, ölkədən mühacirət edənlərin sayı durmadan artır.

 

“Hadrutda artıq ermənilər yaşamır, Gürcüstanda erməni əhalisi azalmaqda davam edir, Qarabağ və Zəngəzurun gələcək perspektivi sual altındadır. Ermənistandan gedənlərin sayı azalmır”, - deyə nəşr yazır.

 

Rəsmi məlumatlara görə, 2021-ci ilin ilk 3 rübündə Ermənistandan gedənlərin sayı gələnlərin sayından 103 min nəfər çox olub. Bu çox böyük göstəricidir və ölkə əhalisinin 3%-ni təşkil edir.

 

“World Population Review” beynəlxalq təşkilatının hesablamalarına görə, Ermənistan əhalisi müstəqillik əldə etdiyi 1991-ci ildən bəri təxminən 600 min yaxud ölkə əhalisinin 15%-ni itirib. Və bu proses 2080-ci ilə qədər dayanmasa, ölkədə insan qalmayacaq.

 

2018-c ildən Ermənistana gələnlərin sayı gedənlərin sayından çox olsa da, 2021-ci ilin ilk rübündə İrəvanın “Zvartnots” aeroportunda insan sıxlığı yenə əvvəlki vəziyyətə qayıdıb.

 

Ermənistan Miqrasiya Xidmətinin rəhbəri Armen Kazaryan Ermənistandan ən çox mövsümi işlər üçün Rusiyaya gedənlərin çoxluq təşkil etdiyini söyləyib. O belə insanların sayının artdığını və 2021-ci ilin 6 ayında 22 min erməninin Rusiya vətəndaşlığını almasını “təhlükəli siqnal” adlandırmışdı.

 

Rusiyaya gedən ermənilər isə burada da yaşayışın çətin olmasından gileylənirlər.

 

“Rusiya da əvvəlki Rusiya deyil. Əmək bazarı daim kiçilir. Mən ölkəmi sevirəm. Nə üçün kimsə layiqli həyat şərtləri ola-ola soyuq Rusiyaya köçməlidir. Bizdə azca olsa, normal həyatı olan insanlar İrəvanda yaşayır”, - deyə 20 yaşlı Tavuş vilayətinin sakini Vaqe Qriqoryan söyləyib.

 

ABŞ-ın Eurasianet portalı isə Ermənistanı tərk edən ailənin motivlərin barədə yazıb.

 

“İrəvanın “Zvartnots” aeroportunda öz familiyasını deməyən 30 yaşlı Narine də var. O, Masis şəhərində yaşayırmış, əri isə Rusiyanın fərqli şəhərlərində çalışıb”.

 

Portal qadının əri tərəfindən daimi yaşayış üçün Rusiyaya çağırıldığını və ölkəsini birdəfəlik tərk etdiyini yazıb.

“Ərim dedi ki, hələki imkan var, Ermənistanı tərk edək. Bura övladlarımız üçün təhlükəsiz yer deyil”.

 

Rusiyanın “Svpressa.ru” saytı isə xəbər verir ki, mühacirət edənlərin əksəriyyəti Rusiyaya üz tutsa da, onlar arasında antirus əhval-ruhiyyəsi üstünlük təşkil edir.

 

“Ermənistanda vəziyyəti ağırlaşdıran təkcə iqtisadi çətinliklər deyil, həm də ölkə ətrafında gedən mürəkkəb siyasi proseslərdir. Amma heç bu da ən təhlükəlisi deyil. Bəzi ermənilər üçün Rusiyanın öz sərhədlərini bağlaması ən qorxduqları haldır. Əsas arzu edilən istiqamət ABŞ-dır. Amma koronavirusla bağlı ölkəyə buraxılan ermənilərin sayı azlıq təşkil edir. Ona görə də əksəriyyət ermənilər bunu istəməsələr də Rusiyaya köç edirlər. Onların böyük hissəsi isə Rusiyaya mənfi hissələri ilə seçilirlər. Moskvanın iş və yaşam arxasınca Rusiyaya gələn ermənilərə qarşı sərt tədbirlər gösrməməsinin səbəbi maraqlıdır”, - deyə sayt yazır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi