Modern.az

Ukraynalı general Azərbaycandan nümunə götürməyə ÇAĞIRDI

Ukraynalı general Azərbaycandan nümunə götürməyə ÇAĞIRDI

Dünya

11 Noyabr 2021, 17:31

Ukraynalı general-leytenant, Baş Qərargah rəisinin keçmiş müavini İqor Romanenko Rusiya ilə hərbi qarşıdurma barədə danışıb.

 

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, o, ordunu yenidən silahlandıraraq Rusiya ilə “xalq müharibəsi”nə başlamaq istəyir.

 

“Ukraynaya Azərbaycanın Qarabağda ötən ilki müharibə təcrübəsi yardımçı ola bilər. Ümumilikdə, qüvvələr nisbəti bərabər olsa da, rəsmi Bakının daha müasir silahları var idi. Türkiyə və İsraildən alınan həmin silahlar konflikti öz xeyrinə həll etməyə imkan verdi”.

 

Romanenko nun fikrincə, Rusiya Ordusu da Ukraynadan güclü olmasına rəğmən, Azərbaycanın təcrübəsinə əsaslanaraq alınacaq müasir silahlar müharibənin gedişatını əsaslı şəkildə həll edə bilər.

 

“Biz mümükün qədər tez ən müasir silahlar almalı, ordu hazırlığını yüksəltməli və bütün bunları tətbiq etməyə hazır olmalıyıq. Bundan sonra, əsl xalq müharibəsinə hazır ola bilərik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir