Modern.az

Madriddə Zəfər Günü

Madriddə Zəfər Günü

11 Noyabr 2021, 18:18

 

İspaniyanın Madrid şəhərində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təntənəli tədbir keçirilib.

 

İspaniya Azərbaycanlıları Assosiasiyasının və ölkəmizin İspaniya Krallığındakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutan bayram tədbirində Azərbaycan Milli Məclisinin üzvləri, İspaniyanın dövlət strukturlarının və beynəlxalq təşkilatların təmsilçiləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, yerli ictimaiyyətinin tanınmış şəxsləri, Azərbaycan diasporunun və KİV-lərin nümayəndələri iştirak ediblər.

 

Azərbaycanın və İspaniyanın Dövlət himnlərinin səsləndirilməsi ilə açılan tədbirdə ölkəmizin İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənov,  Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sevil Mikayılova çıxış ediblər. Xalqımızı və dünya azərbaycanlılarını tarixi bayramlar münasibətilə təbrik edən natiqlər Prezident, Ali Baş Komandan İlham Əliyevin iradəsi və qətiyyəti nəticəsində Azərbaycan dövlətinin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələri həyata keçirdiyinə, 30 ilə yaxın mövcud olmuş münaqişənin başa çatdığına, hazırda regionda yeni reallıqların yaranmasına diqqəti cəlb ediblər. 

 

Tədbirin bədii hissəsində xanəndə Səbinə Ərəbli, Əməkdar artist Ələkbər Ələkbərov (tar), Əməkdar artist Xəyyam Məmmədov (kamança), İspaniyada yaşayan musiqiçilər Kamran Ömərli (skripka), Cəmil Quliyev (gitara) və Təxminə Vəkilova (vokal) çıxış ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...