Modern.az

CAR-ın son ağdərili prezidenti vəfat etdi

CAR-ın son ağdərili prezidenti vəfat etdi

Dünya

11 Noyabr 2021, 20:28

Cənubi Afrika Respublikasının (CAR) sonuncu ağdərili prezidenti Frederik Villem de Klerk vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.

 

1989-cu ildən 1994-cü ilə qədər president postunu tutan de Klerk hakimiyyəti Nelson Mandelaya ötürüb. O, 85 yaşında xərçənglə mübarizədə məğlub olub.

 

De Klerk aparteidin aradan qaldırılmasındakı roluna görə bütün dünyada məşhurdur. 1993-cü ildə Mandela ilə birlikdə Nobel Sülh Mükafatına layiq görülüb. Növbəti il Mandela CAR-ın prezidenti seçilib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı