Modern.az

Lukaşenko Rusiyadan nüvə bombardmançıları İSTƏYİR

Lukaşenko Rusiyadan nüvə bombardmançıları İSTƏYİR

11 Noyabr 2021, 21:25

Belarus Polşa ilə sərhəddəki miqrant böhranını idarə etmək üçün Rusiyanın nüvə raketləri daşımaq qabiliyyətinə malik bombardmançı təyyarələrinə ehtiyac duyur.

 

Modern.az xəbər verir ki, bu barədə Belarus lideri Aleksandr Lukaşenko bildirib.

 

“Sərhəddə vəziyyətə daim nəzarət etməliyik. Çığırsınlar, qışqırsınlar. Bəli, bunlar nüvə silahı daşımağa qadir bombardmançılardır. Amma bizim başqa çarəmiz yoxdur. Sərhədlərdən kənarda da nə etdiklərini görməliyik”, - deyə Lukaşenko qeyd edib.

 

Lukaşenko miqrantları öldürmək cəhdlərinin edildiyini, bunu təxribat kimi qiymətləndirdiyini bildirib. Onun bu açıqlamada kimi günahlandırdığı bəlli deyil.

 

Qeyd edək ki, Rusiya Belarus üzərində Qərbə mesaj vermək üçün Tu-22M3 bombardmançı təyyarələri uçurur. Bu təyyarələr hipersəs sürətə malik raketlər, eləcə də nüvə raketləri kimi ağır silahlar daşımaq qabiliyyətinə malikdir.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir