Modern.az

Polislər qəzaya  düşdü - Biri öldü, digəri yaralandı

Polislər qəzaya  düşdü - Biri öldü, digəri yaralandı

Hadisə

12 Noyabr 2021, 11:10

Xəbər verdiymiz kimi, bu gün Oğuzda ağır yol nəqliyyat hadisəsi baş verib. Yol qəzasında ölən və yaralanan şəxslərin polis əməkdaşı olduğu məlum olub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov Modern.az-a bildirib ki, onlar Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarıdır:

 

“Qəzada ölən 1995-ci il təvəllüdlü Şamxal Seyidəliyev, xəsarət alan isə 1998-ci il təvəllüdlü İbrahim Səfərovdur. Xəsarət alan polis serjantı Bakıya - Daxili İşlər Nazirliyinin Hospitalına aparılıb”.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür