Modern.az

Varlı ölkənin kasıb PREZİDENTİ - Mal-qara saxlayır, qoyun otarır...

Varlı ölkənin kasıb PREZİDENTİ - Mal-qara saxlayır, qoyun otarır...

Ədəbi̇yyat

12 Noyabr 2021, 13:15

Söhbət İrananın eks-prezidenti Mahmud Əhmədinejaddan gedir. İndi onun 67 yaşı var, qoca kişidir. Bizim əski nazir Ziya Məmmədov kimi kənddə mal-qara saxlayır, öz qoyunlarını özü otarır. Həyat yoldaşı Fərahi xanım da ona kömək edir.

Əhmədinejad 2005 – 2013-ci illərdə - 8 il İran İslam Respublikasının prezidenti, bundan əvvəl 3 il Tehran şəhərinin meri olub. Diqqət edin: İranın 80 milyon əhalisi var, dünyanın ən varlı ölkələrindən biridir. Qaz ehtiyatlarına görə dünyada 3-cü, neft ehtiyatlarına görə 4-cü yeri tutur...


Mahmud Əhmədinejad 2005-ci ildə Tehranda Prezident sarayına gələndə ilk növbədə qiymətli ipək İran xalçalarını yığışdırdı, paytaxt məscidlərinin birinə bağışladı. İşə çantasında özü ilə nahar yeməyi - ya pendirlə, ya da ətlə çörək gətirirdi. Yoldaşı Fərahi xanım Tehran universitetlərinin birində xadimə işləyirdi. Tehranda ailəliklə atadan qalma köhnə evlərində yaşayırdılar, 1977-ci ilin “Opel” maşınından istifadə edirdilər. İşə təyin olunan hər bir nazir Qurani-Kərimə əl basıb təmiz işləyəcəyinə and içirdi.

Yeri gəlmişkən, Əhmədinejad özü də Qurana əl basmışdı və 8 ildə bir qəpik haram pul almamışdı. Onun 3 övladı - 2 oğlu, bir qızı var. Övladları heç biri dövlət vəzifəsi tutmayıb, indi də tutmur.

2010-cu illərdə Prezident Əhmədinejad ABŞ-da səfərdə (qeyri-rəsmi!) olanda mətbuat konfransı keçirir. Yerli telekanalların birinin cavan qadın müxbiri ona qeyr-adi sual verir: "Siz səhər duranda güzgüyə baxırsınızmı, baxırsınızsa, nə fikirləşirsiz?”

Əhmədinejad adi cavab verir: “Baxıram və fikirləşirəm ki, sən heç kimdən artıq deyilsən, İran xalqının nökərisən”.

Yeri gəlmişkən, Əhmədinejad 2013-cü ildə vəzifəsindən gedəndə yüksək dövlət pensiyasından imtina edib, deyib ki, mən İran xalqının rəhbəri yox, nökəri olmuşam, nökərə adi pensiya da bəsdir...


Və son olaraq. Mahmud Əhmədinejad son günlərdə İranını dini rəhbəri Əli Xameneyinin ünvanına sərt bir mesaj göndərib. Çıxışlarının birində deyib: “Şeytan çox vaxt insan cildində olur. Xaricinə baxırsan insandır, daxilinə baxırsan şeytandır. Xalqın yoxsul vəziyyətdə yaşamasına bais olanlar şeytan deyil, bəs nədir?!”...

Qalib ARİF

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!