Modern.az

Türkiyə Ukraynadan mühərrik ALIR

Türkiyə Ukraynadan mühərrik ALIR

Dünya

12 Noyabr 2021, 20:56

“Bayraktar TB2” pilotsuz uçuş aparatlarını (PUA) istehsal edən Türkiyənin “Baykar” şirkəti yeni inkişaf etdirdiyi insansız döyüş təyyarələri üçün Ukraynadan mühərrik alacaq.

 

Modern.az xəbər verir ki, şirkət mühərriklərin tədarük edilməsi üçün Ukraynanın bu sahədə ixtisaslamış müəssisələrindən olan “İvçenko-Proqress” ilə müqavilə imzalayıb.

 

“İvçenko-Proqres” müqavilə çərçivəsində MIUS adlanan insansız qırıcılar üçün AI-322F mühərrikləri satacaq.

 

Qeyd edək ki, Ukrayna şirkəti bundan əvvəl Türkiyənin “Akıncı” PUA-ları üçün mühərrik ixrac etmişdi.

 

MİUS layihəsi çərçivəsində Türkiyə yeni pilotsuz qırıcılar istehsal etməyi planlaşdırır. Bu qırıcılar ağır raketlər daşıyacaq və uzun müddət uçuşlar həyata keçirə biləcək.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü