Modern.az

Qətər ABŞ-ın maraqlarını təmsil edəcək

Qətər ABŞ-ın maraqlarını təmsil edəcək

Dünya

12 Noyabr 2021, 21:32

Qətər ABŞ-ın Əfqanıstandakı diplomatik maraqlarını təmsil edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken və qətərli həmkarı Məhəmməd bin Əbdülrəhman Əl-Tani arasında müqavilə imzalanıb.

 

Saziş Vaşinqton və “Taliban” arasında gələcək mümkün birbaşa əlaqənin mühüm siqnalıdır.

 

Blinken bildirib ki, müəyyən konsulluq xidmətləri göstərmək və ABŞ-a məxsus diplomatik obyektlərin təhlükəsizliyinə nəzarət etmək üçün Qətər Əfqanıstandakı səfirliyi daxilində ABŞ-ın maraqları bölməsi yaradacaq.

 

Akif İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü