Modern.az

Lukaşenko Fransadakı səfiri azad etdi

Lukaşenko Fransadakı səfiri azad etdi

Dünya

12 Noyabr 2021, 21:51

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin Fransadakı, eyni zamanda Monako və Portuqaliyada fövqəladə və səlahiyyətli səfiri İqor Fisenkonu vəzifəsindən azad edib.

 

Modern.az xəbər verir ki, bu barədə Belarus prezidentin mətbuat xidməti məlumat yayıb.

 

Xatırladaq ki, oktyabr ayında Belarus Xarici İşlər Nazirliyi Fransanın Minskdəki səfiri Nikolas de Lakostun vəzifəsinin icrasına başlamadan ölkəni tərk etdiyini açıqlayıb. Belarusun Parisdəki diplomatik missiyasının rəhbəri İqor Fisenko məsləhətləşmələr üçün geri çağırılıb.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü