Modern.az

Fransadan Rusiyaya xəbərdarlıq

Fransadan Rusiyaya xəbərdarlıq

Dünya

12 Noyabr 2021, 22:54

Fransanın silahlı qüvvələri və xarici işlər nazirləri rusiyalı həmkarlarına xəbərdarlıq ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” yazıb.

 

Fransanlı nazirlər bildirib ki, rus muzdlularının Qərbi Afrikanın Sahel bölgəsinə yerləşdirilməsi qəbuledilməzdir.

 

“Nazirlər regional sabitliyin pozulması riskləri və Fransanın və onun Saheldə terrorizmlə mübarizə aparan tərəfdaşlarının maraqlarına zərər vurması ilə bağlı qətiyyətli mesajlarını təkrarlayıb”, - deyə agentlik qeyd edib.

 

Xatırladaq ki, Rusiya Afrikanın qərbində yerləşən Mali hökuməti ilə “Vaqner” adlı özəl hərbi şirkətə məxsus muzdluların bu ölkəyə daxil olmasına imkan verən müqavilə imzalamaq niyyətindədir.

 

“Vaqner” Rusiyanın Sankt-Peterburq şəhərindən olan və Rusiya hökumətinə yaxınlığı ilə tanınan iş adamı Yevgeni Priqojin ilə əlaqəli qeyri-rəsmi silahlı birləşmədir. Qrupa daxil olan muzdluların Konqo Demokratik Respublikası, Sudan, Liviya, Madaqaskar, Anqola, Qvineya, Qvineya-Bisau, Mozambik, Zimbabve və Mərkəzi Afrika Respublikası (MAR) da daxil olmaqla bir sıra Afrika ölkələrində təhlükəsizlik xidmətləri göstərdikləri güman edilir.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır