Modern.az

Van Qoqun əsəri 35,9 milyon dollara satıldı

Van Qoqun əsəri 35,9 milyon dollara satıldı

13 Noyabr 2021, 00:56

İkinci Dünya Müharibəsi zamanı Fransanın işğalı zamanı nasistlər tərəfindən oğurlanmış Vinsent Van Qoqun akvarel əsəri Nyu-Yorkda 35,9 milyon dollara hərraca çıxarılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yazıb.

 

1888-ci ildə çəkilmiş "Mueles de ble" əsəri sonuncu dəfə 1905-ci ildə sərgilənib.

 

Əsər 1880-ci illərdə Van Qoqun bir ildən çox yaşadığı Arlesdəki ot tayasını təsvir edir. Məşhur yağlı boya tablolarından fərqli olaraq, rəsm kağız üzərində akvarel, quaş, qələm və mürəkkəblə çəkilib.

 

Rəssamın intiharından sonra əsər onun qardaşı Teo Van Qoqa məxsus olub. Bir neçə nəfərə keçdikdən sonra əsər Fransanın işğalı zamanı nasist qoşunları tərəfindən oğurlanıb.

 

Müharibədən sonra rəsmin harada olduğu 1970-ci illərə qədər məlum deyildi. 

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı